ELM327, nəqliyyat vasitələrində emissiyaya nəzarət sistemlərinin və digər vacib komponentlərin monitorinqinə və nasazlıqların diaqnostikasına imkan verən bir avtomobil diaqnostik cihazıdır.
Ölçə bildiyi bəzi parametrlər. Sensor Məlumatı: ELM327 avtomobildəki müxtəlif sensorlardan məlumatları oxuya bilər. Məsələn, sürət sensoru, mühərrik temperaturu sensoru, oksigen sensoru kimi sensorların dəyərlərini göstərə bilər. Yanacaq sistemi, emissiyaya nəzarət sistemləri, transmissiya statusu kimi müxtəlif sistemlərin vəziyyəti haqqında məlumat verəbilir Sürətlənmə, sürət və yanacaq sərfiyyatı kimi performans məlumatlarına nəzarət edə bilər. Mühərrikin soyuducu temperaturunu ölçə bilər. Katalitik çeviricinin vəziyyəti haqqında məlumat verə bilər
Necə istifadə edilir ?
ELM327 smartfonlara, planşetlərə Bluetooth və ya WiFi bağlantısı vasitəsilə qoşulur.
1. Avtomobilin OBD-II portuna (sükan altında) qoşulur. 2. ELM327-dən istifadə edən proqram yüklənir. IOS/Android 3. Proqram açılır və cihaz qoşulur. 4. Cihaz avtomobildən məlumat alır və istifadəçiyə avtomobilin vəziyyəti haqqında məlumat verir. 5. Səhv kodları aşkar edilərsə, istifadəçi bu kodları izahatları ilə öyrənə bilər.