Bu əl blenderi yemək bişirmə mərhələsinə qədər ərzaqların doğranması, salatların hazırlanmasında sizin bir nömrəli köməkçinizə çevriləcəkdir.
Bu çoxfunksiyalı doğrayıcı sizin mətbəxdə vaxtınıza qənaət etməyinizə də kömək edəcəkdir.
Xüsusi yumurta qarışdırmaq üçün nəzərdə tutulan başlığı ilə siz tez və rahat şəkildə pancake, vafli, krep, blinçik xəmirləri də hazırlaya bilərsiniz.
Əl blenderinin konteynerinin tutumu 1.3l-dir. Konteyner qida üçün nəzərdə tutulmuş, insan sağlamlığı üçün təhlükəsiz plastik materialdan hazırlanmışdır.
Həmçinin ülgüc başlıqları isə paslanmayan polad materialdandır ki, bu da əl blenderinin uzun müddət sizə xidmət göstərməsinə səbəb olur.
Əl blenderinin istifadəsi çox rahat və sadədir. İstifadədən sonra bütün hissələri asanlıqla sökülə bilir, bu da məhsulun təmizlənməsini asanlaşdırır.