Balaca körpəni bütün günü qucaqda saxlamağın nə qədər çətin olduğunu bilirik. Buna görə də sizə daşınabilən, rahat və sadə dizaynlı qundaq təklif edirik.
Tənzimlənə bilən funksiyası onun istifadəsini sizin və körpənizin rahatlığı üçün asanlaşdırmış olur. Yumuşaq və nəfəs ala bilən pambıq material körpənizin dərisi üçün təhlükəsizdir.
Dizaynın unikallığı
Körpənizin qucağınızda rahatlığı üçün qundağın üç fərqli daşıma funksiyası (qucaqda, çanaqda və kenquru pazisiyasında) vardır.
"M"- formalı oturma
Təhlükəsiz və səmərəli dizaynı, çevikliyi körpənizin ayaq sümüklərinin "O"- formalı deyil, təbii daşınma pozisiyasındakı kimi "M"- formalı oturmağına səbəb olur. Bununla da körpə uzun gəzintilər zamanı yorulmur.
Nəfəs ala bilən pambıq material
Daşınabilən qundaqın torşəkilli olması istiliyin bərabər şəkildə paylanmasına, nəmin tez bir zamanda hopmasına səbəb olur. Bununla da körpəniz özünü təravətli və rahat hiss edir.
Xüsusiyyətləri
Daşıya bildiyi ağırlıq: 20 kq Yaş: 0- 48 ay Öz çəkisi: 150 qr Tənzimlənmə aralığı: 136 sm- 161 sm
Yüksək keyfiyyətli və uzunömürlü olan bu daşınabilən pambıq materiallı qundaqlar peşəkar dərzilər tərəfindən hazırlanıb. Bu dərzilərin əksəriyyəti özləri də valideyndirlər və məhsulun həmçinin sevgi ilə hazırlandığından əmin ola bilərsiniz.